Əyilən boynu qılınc kəsməz.

bax Əyilən baş kəsilməz.
Əyilən baş kəsilməz.
əyləncə
OBASTAN VİKİ
Qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin] Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
Əyilən tütəkcə
Əyilən tütəkcə (lat. Angelica anomala) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Əyilən yatıqqanqal
Əyilən yatıqqanqal (lat. Bidens cernua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü. Bidens cernua var. bidens (L.) Farw. Bidens cernua f. cernua Bidens cernua var. coreopsis Pursh Bidens cernua var. discoidea Wimm. & Grab. Bidens cernua var.
Əyilən şeytanqanqalı
Əyilən şeytanqanqalı (lat. Carduus nutans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin şeytanqanqalı cinsinə aid bitki növü.
Kusanaqi (qılınc)
Kusanaqi (草薙) – Yaponiya miflərində əfsanəvi qılınc. Hərfi tərcümədə "ot biçən" deməkdir. Kusanaqi Yaponiya imperatorluq ailəsinə məxsusdur və inanca görə Şintoizm tanrısı Susano tərəfindən hədiyyə edilib. Şintoizm miflərində və əfsanələrində Kusanaqi çox böyük gücə malik bir qılıncdır. Ondan istifadə edən döyüşçü sadəcə bir əli ilə bütöv ordunu məhv edə bilər. Bir versiyaya görə qılınc Susanoya Amaterasu tərəfindən verilib. Digər bir versiyaya görə isə o, qılıncı Koşi adı nəhəng səkkizbaşlı ilanın quyruğunda tapıb. Əfsanəyə görə Susano gözəl bir qıza vurulur, lakin qızın yeddi bacısının ilan tərəfindən öldürüldüyünü və bu qızın da dalınca gələcəyini öyrənir. Susano qızı qorumaq üçün onu darağa çevirib saçına taxır. İlanla qarşılaşanda onu şərabla aldadaraq yatızdırır və onu öldürür.
Misri qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin] Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
Zülfüqar (qılınc)
Zülfüqar (ər:ذوالفقار) Əli bin Əbu Talibin qılıncı Zülfüqar ərəb sözü olub "fəqərələr sahibi" mənasını ifadə edir. Fəqərə özü onurğa mənasındadır. Bu adın qılınca onun arxasında nahamar və hamar cızıqların olduğu üçün verildiyi nəql olunur. Çoxlu belə düşünülür ki zülfüqarın iki baş və bleydi varmış, amma Deyxudanın dediyinə görə "bu fikir əsas qılınc deyil." fəqət İbni Şəhr Aşub Mənaqib kitabında zülfüqarı iki başlı zikr edib. Bəzi mənbələrdə, bu qılınc kiçik dekorativ bezellər uzun və dar çuxurlarla dəstədən qılıncın ucuna qədər çəkilən iki bleydli qılınc kimi tanıdılıb. habelə İmam Sadiqdən gələn bir hədisə görə qılınca zülfüqar adı verilməsinin nədəni onun Onurğaya oxşamağındandır. Biharül Ənvarda Gələn İmam Baqirdən nəql olunan bir başqa hədisdə belə deyilir:"Niyə ki Əli Zülfüqar qılıncı ilə heç kimə vurmadı məgər bu ki onu bu dünyada ev-uşaqından və axirətdə cənnətdən uzaq salmışdır." Zülfüqarın Əliyə necə yetişməsinə görə müxtəlif nəzər və baxışlar var. Əli ər-Rzadan nəql olunan bir hədisə görə Cəbrayıl Zülfüqarı özü ilə göydən gətirmişdir. Məhəmməd Baqir Məclisi Mənaqibdən (ərəb. محمد باقر المجلسي‎) nəql edir ki, Hədid surəsinin 25-ci ayəsində bu hadisəyə işarə olunur.
Əli Qılınc
Əli Qılınc, əsl adı Süleyman Asəf Əmrullah ya da daha çox bilinən adı ilə Qılınc Əli (8 fevral 1890, Konstantinopol – 14 iyul 1971, İstanbul), türk hərbçi və siyasətçi. 3 mart 1906-cı il tarixində İstanbul Gedikli Kiçik Zabitlər Məktəbini bitirdikdən sonra, göstərdiyi üstün xidmətlərinə görə mayor rütbəsi almışdır. I Dünya Müharibəsinə qatılmış, Çanaqqala döyüşlərində yaralanmışdır. Qafqaz İslam Ordusunda Nuru paşanın yavərliyini etmişdir. Qafqaz İslam Ordusu yaradıldığı zaman Ənvər paşanın qardaşı Nuru paşa onun komandanı təyin edildi. Bu ordunun tapşırığı Qafqazda türk təsirini daha da artırmaq idi. Əli Qılınc Nuru paşanın yavəri kimi Qafqaz İslam Ordusunun bütün hərəkatlarında iştirak etmişdir. Bakının azad edilməsindəki xidmətlərinə görə təltif edilmişdir. Mudros barışığına görə Osmanlı qoşunları Azərbaycan Xalq Cümhuriyyətini tərk etməyə məcbur edildikdən sonra Anadoluya geri dönmüş və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmişdir. 28 oktyabr 1919-cu ildə Mustafa Kamal Paşa tərəfindən Maraş, Antep ətraflarında Qüvvə-i Millini qurmaq tapşırıldı.
Qılınc (Çiftlikköy)
Qılınc — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == 1902-ci ildən eyni adla tanınan kənddə XX əsrin əvvəllərində 500 erməni yaşayırdı. 1926-cı ildə Türkiyə Respublikası hüdudlarında kənd statusu almışdır.
III Qılınc Arslan
III Qılınc Arslan (XII əsr – XIII əsr) — III Qılınc Arslanın yaşı çox az olduğundan türkmən bəyləri taxta I Keyxosrovu dəvət etdilər.
II Qılınc Arslan
II Qılınc Arslan (osm. قلج أرسلان‎ — Kılıc Arslân, türk. Kılıç Arslan) tam adı — İzzəddünya və din Qılınc Arslan ibn Məsud 1155–1192) — Rum sultanlığının sultanı. İkinci Sultan İzzəddin Qılınc Aslan, 1116-cı ildə Konyada dünyaya gəldi. Türkiyənin dördüncü hökmdarı olan Rum sultanlığı sultanı I Məsudun oğludur. Atasının taxta çıxdığı gün dünyaya gəldi və onun 39 illik səltənəti dövründə tək varis olaraq qaldı və atası öldükdən sonra isə sultan oldu. Qılınc Aslan İsfahan sarayında Sultan Məlikşahın himayəsində çox yaxşı təhsil görmüşdü. Kiçik yaşlarından etibarən döyüş meydanlarında olmuş, savaş sənətində təcrübə qazanmışdı. II Qılınc Aslan haqqında məlumata keçməzdən əvvəl bir qədər onun yaşadığı dövrə qədərki hadisələr haqqında sizlərə qısa məlumat vermək istərdik. Rum sultanlığı səlcuqların Anadoluda qurduğu dövlətdir.
I Qılınc Arslan
I Qılınc Arslan — Rum Səlcuqlu dövlətinin sultanı. Rum Səlcuqlu dövlətinin qurucusu Süleyman Şahın oğludur. Urfalı Mateos onun 1085-ci ildə dünyaya gəldiyini qeyd edir . Ancaq 1107-ci də vəfat etdiyində on bir yaşında bir uşağı olduğu diqqətə alınaraq daha öncəki bir tarixdə doğulduğu söylənə bilər. Adı Bizans qaynaqlarında Klitziasthlas , Latın xronikalarında atasının adıyla (Soliman) zikr edilir . Qaynaqlarda Qılıcarslana dair ilk bilgi, atası Süleyman Şahın 1084-cü ildə Antakiya səfəri sırasında onun yanında olduğudur. Atasının iyun 1086-cı ildə Tutuş ilə apardığı savaşda ölümündən sonra Qılıcarslan, vəzir Həsən ibn Tahirin himayəsi altında Antakiyada qaldı. 1087-ci ilin baharında Antakiyaya gələn Sultan Məlikşah tərəfindən İsfahana göndərilərək göz dustaqlığında tutuldu. Sultan Məlikşahın 1092-ci ildə vəfatı üzərinə qardaşı Kulanarslan ilə birlikdə Sultan Börkiyaruqun izniylə İsfahandan Anadoluya dönmək üçün yola çıxan Qılıcarslan, qədimdən atası Süleyman Şaha tabe olan Orta Anadoludan böyükcə bir qüvvə toplayaraq hicri 485-ci ilin sonlarında (1092 sonları, 1093 başları) İznikə gəldi. Bu sırada İznikdə idarəni əlində tutan Əbülqazinin iqtidarı ona təslim etməsiylə də Rum Səlcuqlu taxtına çıxdı.
Qılınc Arslan Bayandur
Qılınc Arslan Bayandur — Qara Yuluq Osman bəyin qardaşı Əhməd bəyin oğlu, Ağqoyunluların Palu hakimi Qara Yuluq Osman ölümündən sonra başlamış Ağqoyunlular arasındakı ara müharibələrində taxt uğrunda mübarizə aparmağa başladı. Bu məqsədlə Qara İsgəndər ilə müttəfiqlik etdi. Qılınc Arslan Qaraqoyunlu dəstəyi ilə Harputu ələ keçirməyi bacardı. O Məmlüklər və Osmanlılar ilə də müttəfiqlik qursa da Ağqoyunlu taxtını ələ keçirmək səyləri uğursuzluqla nəticələndi. 1453-cü ildə hakimiyyətə gələn Uzun Həsən Qılıç Arslanı məğlub etdi və müstəqil hakimiyyətinə son qoydu.
Qılınc Əli Paşa
Qılınc Əli Paşa (1500 – 1587) — Bir çox dəniz döyüşlərində qələbə çalmış, ölkələr tutmuş böyük türk admiralı. Qılınc Əli Paşa 27 iyun 1587-ci ildə İstanbulda vəfat etmişdir. Topxanə məscidinin yanında dəfn edilmişdir. 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.24.
Sıyrılmış qılınc (roman)
Sıyrılmış qılınc — Cəlal Bərgüşadın Babək Xürrəmidən bəhs edən, ilk dəfə 1981-ci ildə Bakıda nəşr edilmiş tarixi romanı. Calal Bərgüşadın "Sıyrılmış qılınc" tarixi romanı məşhur xalq sərkərdəsi Babək Xürrəminin ölməz həyatına həsr edilmişdir. Romanda Babəkin azadlıq və istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı bir sıra şanlı döyüşlər, o dövrün tarixi xronologiyası təsvir olunur. Əsər ilk dəfə Bakıda Kiril qrafikalı Azərbaycan əlifbası ilə 1981-ci ildə, Gənclik nəşriyyatında 375, latın qrafikalı Azərbaycan əlifbası ilə isə 2017-ci ildə Bakı Kitab Klubunda 436 səhifədə nəşr edilib. Roman azərbaycanlı tarixçi Zülfiyyə Vəliyeva tərəfindən türk dilinə tərcümə edilib, "Sıyrılmış Kılıç Babek" adı ilə 17 oktyabr 2005-ci ildə Ankarada "Yurt Kitap-Yayın"da 472 səhifədə nəşr edilib. Azərbaycanlı filoloq Nigar Göyçayskaya 2005-ci ildə “Ərəb və azərbaycan nəsrində Babək və xürrəmilər obrazı (Circi Zeydanın “Fərqanə gəlini” və Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” romanları əsasında)” mövzusunda olan namizədlik dissertasiyasının müdafiə edib. Asif Ata "Babəkliyimiz: Xəlifət boşluğu" məqaləsində Cəlal Bərgüşadın "Sıyrılmış qılınc" romanı barədə belə qeyd edir: «Sıyrılmış qılınc» romanının müəllifi tarixə daxili göz ilə baxa bilmir, hadisələri nəql eləyir, mahiyyətə varmır, mütəfəkkirlikdən uzaqdır, bu səbəbdən də Xəlifəlik bilinir – dərk olunmur... «Sıyrılmış qılınc»da Babəkin ayrı-ayrı nişanələri görünürsə də, bütöv Babək görünmür; dahilik, qeyri-adilik, bənzərsizlik dərk olunmur, açılmır, idraki, ilahi Qəhrəmanlıq İntiqamçılıq kimi qiymətləndirilir, Babək kiçilir... Babək romanda Qisas andıyla tarixi səhnəyə atılır; «Sıyrılmış qılınc» əsərdə ən çox intiqam rəmzi kimi canlanır, əslində isə o, azadlıq rəmzi kimi canlanmalıydı... Google Books-da — Siyrilmiş qilinc: tarixi roman Goodreadsdə Sıyrılmış qılınc "Sıyrılmış qılınc" ( (az.)).
Yaponiya Qılınc Muzeyi
Yaponiya Qılınc Muzeyi (刀剣博物館, Tōken Hakubutsukan) – Yaponiyanın Tokio şəhərində yerləşən, Yaponiya qılınc sənətinə həsr olunmuş kiçik muzey. Muzey Yaponiya Qılınc Sənətlərinin Mühafizəsi Cəmiyyəti tərəfindən idarə olunur. Muzey 1978-2017-ci illərdə Tokionun Şibuya rayonunda yerləşsə də, 2018-ci ildə Sumida rayonundakı yeni binaya köçmüşdür. Muzeydə 150-dən çox əşya sərgilənir. Kolleksiyaya qılınclar (əsasən katana), tosoqular (qın), yoroylar (zireh), eləcə də, metalişləmə ilə bağlı sənədlər daxildir. Vikianbarda Yaponiya Qılınc Muzeyi ilə əlaqəli mediafayllar var.
Vahdettinin qılınc alayı
Vаhdеttinin qılınc аlаyı — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.
Qılınc və qələm (roman)
"Qılınc və qələm" — Məmməd Səid Ordubadinin tarixi romanı Yazıçının tarixi romanlarından sonuncusu olan "Qılınc və qələm"də böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılmışdır. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmana daha geniş yer verilmişdir. Bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ətrafında Məmməd Səid Ordubadi böyük tədqiqat aparmış, çox qiymətli əsərlər yazmışdır. Hələ 1925-ci ildə "Maarif işçisi" məcmuəsinin 8-ci nömrəsində dərc etdirdiyi "Fars ədəbiyyatında Nizami" məqaləsində Nizaminin yaşadığı mühitdən və şairin əsərlərindən bəhs edən Ordubadi, sonralar Nizaminin 800 illik yubileyinin keçirilməsində olduqca fəal və böyük səy ilə çalışaraq bu sahədəki tədqiqatını daha da genişləndirmişdir. 1939-cu ildən başlayaraq,onun müxtəlif qəzet və jurnallarda,eyni zamanda yubiley münasibətilə buraxılan "Nizami" almanaxlarında "Nizaminin dövrü və həyatı"(məqalələr silsiləsi,1939),"Böyük şairin yaşadığı mühit"(1947), "Nizami dövründə ədəbiyyat" (1947),"XII əsrdə Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri" (1943) və sair kimi dəyərli elmi məqalələri çap olunmuşdur.Bunlardan əlavə,"Nizami" (1939) adlı opera mətnini və "Qılınc və qələm" romanını da yubiley münasibətilə yazmışdır. 1941-ci ildə romandan "Bahar" adı ilə bir parça "Revolyusiya və kultura" jurnalında dərc olnumuş,bundan sonra ayrı-ayrı parçalar çap edilmişdir. Bütövlükdə-"Qılınc və qələm" romanı Azərnəşr tərəfindən ilk dəfə 1946-cı ildə (I kitab) və 1948-ci ildə (II kitab) çapdan çıxarılmışdır. Oxucuların böyük rəğbət və məhəbbətini qazanan roman ilk çapından sonra dəfələrlə nəşr edilmişdir.
Seyid Əli Mir Qılınc
Seyid Əli Möhsun oğlu (ərəb. علی‌بن‌محسن, میرقلنج)‎ Mir Qılınca məşhur olan, Mərənd mahalında yerləşən Yekan Kəhriz kəndinin Səfəvilər dövründə yaşamış, orada Mir Qılınc Baba adlı türbənin sahibi seyid. Mir Qılınc Seyid Həsən Babanın soyundadndır və Mərəndin Yekan Kəhriz kəndində dəfn olunmuşdur Mir Qılınc o, kəndin seyidlər və əşraflarındanidi və orada məşhur türbəsi vardır. Seyid Əlinin yaşamına görə indiyədək sənədli və mötəbər mənbələrdə heç bir söz tapılmayıb. Amma camaat içində onu Mir Qılınc adıyla tanıyıb və yad edirlər. onun qəbir daşı üzərində belə yazılıb: Farsca: {{{1}}} مقبره سید جلیل‌القدر مشهور و معروف به مرحوم میر قلنج که در زمان عهد صفویه وفات نموده در این مکان مقبره قدیمی داشت اهالی یکانات مخصوصا مردم یکان کهریز با مشاهده کرامات عدیده با اهدا نذورات و با همت اشخاص نیکوکار و خیر و با مباشرت چند نفر ریش سفید و معتمد در مورخه 62/1/1 شمسی اقدام به تجدید‌البنا و مقبره نوساز و جدیدالاحداث نمودند. Azərbaycan dili: Səfəviyyə dövründə vəfat etmiş Mir Qılınca məşhur olan böyük məqamlı seyidin türbəsi. bu yerdə əski bir türbə varidi ki Yekanat və xüsusilə Yakan Kəhriz əhalisi çoxlu möcüzələri görərək nəzirlər verərək və xeyrsevər insanlar və neçə ağ saqqal və mötəmidin məşvərətiylə 62.1.1 şəmsi ilində bu binanı yenidən düzəldib və türbəni yeniləmişlər. Mir qılınc Türk əmirlər və döyüş başçıları arasında bir ləqəb və rütbəimiş. Qılınc xan qədim xaqanlar arasında böyük əmir, başçı və sultana deyilirdi.
Vahdettinin qılınc alayı (film, 1915)
Vаhdеttinin qılınc аlаyı — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.